Ölkə

Elza “Xəzər TV”də veriliş aparacaq?

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bununla bağlı “Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova “Facebook” hesabında paylaşım edib.

“Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, – deyə Ü.Qasımova bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button