Ölkə

Əməkdar artistin səhhətində problem yarandı

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhətində yenidən problem yaranıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda “Elgizlə izlə” verilişində deyilib. Bildirilib ki, qarmon ifaçısının beynində yeni törəmə aşkarlanıb. Daha sonra isə şişin xoşxassəli olduğu, təhlükəli xarakter daşımadığı əlavə olunub.

G.Şükürlü Axşam.az-a açıqlama verərək, hazırda vəziyyətinin yaxşı olduğunu deyib:

“Səhhətimdə bəzən problemlə yarana bilər. Elə verilişdə deyildi ki, çox ciddi problem deyil. Hər şey yaxşıdır, hazırda gözəllik salonundayam və toya hazırlaşıram. Tez-tez müayinədən keçməliyəm, edirəm də. Yenidən əməliyyata ehtiyac yoxdur”.

Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button