Ölkə

Əməkdar artist: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm”

“Aşırı dərəcədə edilən bədənşəkilləndirmə əməliyyatlarına indi də çox pis baxıram. Bundan sonra da pis baxacağam. Yəni bu mövzuda fikrimi dəyişməyəcəyəm. Özüm bədənşəkilləndirmə əməliyyatını etdirmərəm. Paltarın altında qalan şeydir… Qəribədir, axı bədənimin nəyini şəkilləndirəcəyəm?” 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi qadın həmkarlarının etdirdiyi bədənşəkilləndirmə əməliyyatlarının başlarına qaxınc edib:

“Mən bədənşəkilləndirmə əməliyyatı keçirənlərə pis baxmıram. Amma əndazəni aşmamaq şərti ilə. Yəni normasında edəsən. Mənim ağlım hər zaman başımdadır və nə danışdığımı da bilirəm, danışdıqlarımı da unutmuram. Mən daha əvvəlki müsahibəmdə də demədim ki, bədənşəkilləndirmə əməliyyatını etmək olmaz.

Pis baxıram da deməmişəm. Söyləmişəm ki, insanlarda aşırı dəyişikliklər var. Amma bu sənət aləmində müəyyən gənc qızlar var ki, çox səliqəli şəkildə bədənlərinə əl gəzdiriblər. Onlar kənardan da çox gözəl görsənirlər. Mən onlara pis baxmıram”. 

Qeyd edək ki, E.Abdullayeva bir müddət əvvəl göz qapaqlarında blefaroplastika əməliyyatı etdirib və göz ətrafındakı “qaz ayaqları” qırışlarından cərrahi müdaxilə ilə azad olub. 

 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button