Emin Əmrullayev brifinq keçirib – VİDEO – FOTO

Emin Əmrullayev brifinq keçirib - VİDEO - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı bildirib ki, bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.

“60 yaş üstü müəllimlərin sertifikatlaşdırma prosesində iştirak etməmə hüququ var. Lakin iki dəfə uğursuz olduqda əmək müqaviləsinə xitam verilə bilər”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, ötən il sertifikasiyada uğursuz olan müəllimlər bu il də uğursuz olsalar, əmək müqavilələrinə xitam veriləcək.

“Ötən il uğursuz olan müəllimlər üçün təlim mərkəzləri təşkil edilib. Lakin həmin mərkəzdə iştirakdan imtina edən müəllimlər var. Onların imtina səbəbləri nazirlik tərəfindən araşdırılır”, – deyə nazir qeyd edib.

Naizr eyni zamanda qeyd edib ki, bu il müəllimlərin işə qəbulunda 10 mindən çox vakansiya olması planlaşdırılır.


“Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır. Bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək”,- deyə nazir əlavə edib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir