İdman

Emrelinin komandası öz meydanında uduzub

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “report”a istinadən bildirir ki, II raundda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Polşa təmsilçisi “Rakuv” növbəti rəqibi olan Kipr “Aris”ini hər iki görüşdə məğlub edərək pley-offa yüksəlib.

Yalnız Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”su mərhələnin ilk matçını keçirib. Zaqreblilər öz meydanlarında Yunanıstan AEK-inə minimal hesabla uduzublar. Emreli komandası hesabda öndə olarkən fasilədən sonra meydana daxil olub. “Dinamo” ilə AEK arasında cavab matçı avqustun 19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

“Aris” (Kipr) – “Rakuv” (Polşa) – 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) – 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) – 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:4 (0:0)

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0 (3:0)

TSC (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) – 1:3 (1:4)

“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 2:1, penaltilərlə – 3:5 (0:1)

İlk oyun: “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-23-də və 29-30-da baş tutacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button