İdman

Erik Kantona Azərbaycan millisindən və “Qarabağ”dan danışdı

“Marsel”, “Mançester Yunayted” klubların şərəfini qorumuş Fransa millisinin sabiq hücumçusu Erik Kantona Marseldə İdman.biz-ə eksklüziv müsahibə verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Həmin müsahibəni təqdim edirik:

– Sizi Marseldə görmək xoş oldu, Marselə nə üçün gəlmisiniz?

– Mən Marseldənəm, burda evim, yaxınlarım var, xatirələrim var, məncə, təəccüblü bir şey yoxdur.

– Nyu-Yorkda yaşadığınızı bilirdim…

– Orda da evim var.

– Kofe ilə balıqlı burger yeyirsiniz, dadlar qarışmır?

– Xeyr, ahəng təşkil edir, ecazkar dadı var.

– Hazırda nə işlə məşğulsunuz?

– Yaşıl meydanlardan kənardayam, “ağ xəttin” görünməyən tərəfində.

– Səbəb nədir?

– Futbolda kifayət qədər uğur qazanmışam, 2 qitəni birləşdirmişəm. İndi başqa işlər var.

– Mən Azərbaycanlıyam, Azərbaycan millisi ilə oyunda sizi görmüşəm.

– Mən Azərbaycana gəlməmişəm axı…

– O zaman milli komandamız oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi…

– Yadıma düşdü, biz qalib gəlmişdik. Hətta sizin qapıçı ilə toqquşdum həmin oyunda, səhv etmirəmsə daha sonra qapıçı əvəzləndi.

– Həmin oyunla bağlı hansı xatirələriniz var?

– Çox az məqamlar yadımda qalıb, hava çox pis idi, ot örtüyü də bərbad…

– Azərbaycan millisinin futbolçularından kimi xatırlayırsınız?

– Heç kimi.

– Heç biri öz oyunu ilə sizi cəlb etməyib?

– Mənim üçün karyeram ərzində 4-5 futbolçu öz oyunu ilə cəlb edib.

– Hansı oyunçular valeh edib?

– Zidan, Bekhem, Ronaldo Nazario.

– Hazırda Azərbaycan futbolu haqda nələr bilirsiniz?

– Bircə onu bilirəm ki, ötən illərdə sizin komanda (“Qarabağ” – red.) “Marsel”lə rəqib olmuşdu, başqa heç nə bilmirəm.

– “Marsel”ə azarkeşlik edirsiniz?

– Əlbəttə.

– İndi nə işlə məşğulsunuz?

– Kofe ilə balıqlı burger yeyirəm. (gülür)

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button