Uncategorized

Ermənilərin əsir düşən əsgərimizlə bağlı DƏHŞƏTLİ PLANI… – FOTO

Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir.

“Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.

Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button