Anti-Azərbaycan bəyanatları ilə tanınan Türkiyə parlamentinin erməni deputatı Qaro Paylan üzvü olduğu HDP-ni tənqid edib. Bu partiyadan iki dəfə deputatlığa namizəd irəli sürülüən Paylan bəlli olduğu kimi, mayın 14-də keçiriləcək seçkilərdə namizəd olmayacaq. Kürdlərə məxsus HDP-dən namizədliyi irəli sürülməməsini əvvəl iki dəfə deputat olması ilə əlaqələndirən Paylan bu dəfə fərqli mövqe nümayiş etdirib. “Təbii ki, siyahılarımızda erməninin olmaması partiyam üçün ciddi çatışmazlıqdır”, – deyə deputat vurğulayıb.
HDP-nin Diyarbəkir millət vəkili Qaro Paylan bildirib ki, partiyadaşlarından gözləntiləri özünü doğrultmayıb. “Ermənilər onilliklərin sükutundan sonra son 20 ildə siyasi arenada daha çox görünürlər. Mən də bu görüntünün sonuncu subyekti olmuşam. Mənim üzvlüyümün başa çatması və erməni namizədin olmaması ciddi boşluq yaradacaq. Mənim partiyamın erməni namizədinin olmaması və onun plüralist kimliyinin sönməsi təbii ki, çatışmazlıqdır. Seçkidən sonra partiyamla birlikdə bu maneəni aradan qaldırmaq və plüralist siyasəti gücləndirmək üçün səy göstərəcəyəm”, – deyib.
Paylan “Növbəti dövrdə nə edəcəksiniz?” sualına belə cavab verib: “Mən hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti könüllüsü idim. Eyni zamanda, erməni fond və qurumlarında menecer idim. Mənim zövq aldığım bir işim və hobbim var idi. İndi bir müddətdir bunları xatırlamağa çalışıram. bir neçə gündür. Çünki 15 ildir ki, siyasət çevrəsində fəaliyyət göstərirəm.
Seçkidən sonra imkanım olsa, diqqətdən kənarda qoyduğum şeylərə bir az vaxt ayıracağam. Amma sona qədər mübarizədə olacağam, heç kim şübhə etməsin. Xüsusən də bu bilgimlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, kürd probleminin həlli, Türkiyənin demokratikləşməsi istiqamətində hər sahədə fəal olacağam. İnsan haqlarının pozulması harada olsa, orada məni görərsiniz”, – deyə HDP-nin erməni deputatı vurğulayıb.
Azər Nuriyev
Milli.Az