“Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir”

"Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir"

İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov tvitter hesabında paylaşım edib.

“Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mehmanxanada məskunlaşıblar”, – deyə o əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir