Ermənistan “XƏRCLƏNİR” – Tehran İrəvanı həm silahlandırır, həm də…
“Şübhə yoxdur ki, Laçındakı erməni təxribatında İran və Rusiyanın rolu var”.
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, İran öz hərbi texnikası ilə Ermənistan tərəfindən eskalasiyaya səbəb olarsa, buna görə Qərb də cavabdehlik daşıyacaq:
“İran onsuz da artıq Azərbaycanla Ermənistan arasındakı gərgin vəziyyətə görə öz rolunu gizlətməyə belə çalışmır. Əksinə, regional güc nümayişi olaraq Ermənistana artan müdafiə və təhlükəsizlik “yardımları” ilə diqqət cəlb etməyə çalışır. Bu münasibətlər bir neçə əlaqələndirilmiş insidentdən də kənara çıxır.
Tehran və İrəvan arasında bu yaxınlarda əldə edilmiş yeni razılaşmaya görə, İrandan Ermənistan vasitəsilə Rusiyaya pilotsuz təyyarələr ötürmək və orada bu istiqamətdə mütəxəssislərdən ibarət qüvvələrin hazırlanması nəzərdə tutulur. Tehran Ermənistanla münasibətlərin strateji olduğunu hər addımda vurğulamaq üçün əlindən gələni edir.
Üstəlik, İrəvana təyin olunan yeni səfirin İranın müdafiə tarixi baxımından böyük əhəmiyyəti var. Bu, region üçün açıq təhlükədir. İran artıq Yaxın Şərqin əksər ölkələrində tətbiq etdiyi ssenarini Cənubi Qafqazda nəzərdən keçirmək niyyətindədir.
Lakin Ermənistanla Azərbaycan arasında müharibə qaçılmaz deyil. Rəsmi İrəvan başa düşməlidir ki, Tehranın ambisiyalarına qurban verilir və Ermənistanın regiondakı məqsədləri heç vaxt bu münasibətlər vasitəsilə reallaşmayacaq.
Tehranın birbaşa yardımı olsa belə, İrəvan savaş meydanında Bakıya heç vaxt qalib gələ bilməyəcək. Bununla belə, İran regionda terrorizm və mülki əhaliyə ziyan vurmaq üçün ən yeni müttəfiqini silahlandırmaq cəhdlərini davam etdirir.
Əgər İran öz pilotsuz təyyarələri və uzaq mənzilli raketləri ilə başqa bir proksi müharibəyə qarışarsa, Qərb bu eskalasiyanın nəzarətdən çıxmasına imkan verməkdə günahkar olacaq. Bununla belə, hətta müasir silahlar da yaxşı təmiz mənəviyyatı əvəz edə bilməz. Bütün yeni silahlarla belə, ermənilər konvensiya döyüşlərində heç də eyni səviyyədə deyillər və çox güman ki, böyük qarşıdurmadan qaçmağa çalışacaqlar”.
Təhməz Əsədov
Milli.Az