Uncategorized

Ermənistanı müharibəyə hazırlayırlar – İrəvana yeni silahlar ötürülür

Ermənistanın vacib görüşlər ərəfəsində ard-arda təxribatlar törətməsi özündən çox, ona himayədarlıq edən qüvvələrin maraqlarına xidmət edir. Bu gün rəsmi İrəvan öz xalqının qaranlıq gələcəyini daha da zülmətə qərq etməkdən çəkinmək əvəzinə, destruktiv mövqe sərgiləməyə davam edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə görünür ki, Ermənistan havadarlarının şirin vədlərinə o qədər aludə olub ki, qeyri-konstruktiv addımların sonunun onun üçün hansı fəsadlarla yekunlaşacağını düşünmək əvəzinə bölgədə vəziyyəti yenidən gərginləşdirməyə daha isti baxır.

Əslində mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutaraq qəsdən təxribat törətməsinin arxasındakı qüvvələrin adına aydınlıq gətirmək elə də çətin deyil:

1. Paşinyanın Moskva görüşündən dərhal sonra baş verən bu silahlı insidentdə istifadə edilən İran istehsallı “Shahed 136” PUA-ları da bir daha göstərdi ki, İran rejimi bölgədə eskalasiya riskinin hökm sürməsində ən maraqlı tərəflərdən biridir. Çünki rəsmi Tehran Ermənistana bu silahları bağışlayarkən çox yaxşı bilirdi ki, ermənilər kamikadze dronlarından tutmuş digər hərbi texnikalara kimi hamısını ancaq Azərbyaycana qarşı təxribat, Azərbaycan əsgərini öldürmək məqsədi ilə istifadə edə bilər.

Yaxın keçmişə nəzər salsaq İranın bu məsələlərdə Ermənistana hərtərəfli dəstəyinin açıq şəkildə şahidi ola bilərik. Deməli, keçən ilin sonlarında Rusiya sülhməramlı kontingüntinin müvəqqəti nəzarət zonasındakı postlarından keçməklə Qarabağ ərazisinə daxil olan 14 nəfər İran İslam Respublikasının vətəndaşları barədə yerli mediada xeyli məlumatlar, faktlar ortaya çıxdı. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gələrək, orada qərarlaşmışdılar.

Maraqlısı orasında idi ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindən idi. Məlumat üçün onu da qeyd edim ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.

Dünənki təxribat zamanı hələ bildiyimiz bu 14 nəfərlik qrupun Azərbaycanın Qarabağ bölgəsinə niyə gəldiyi, bu gizli səfərin məqsədinin nə olduğu müəyyən qədər aydınlaşmağa başlayır. Belə qənaətə gəlinir ki, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilibmiş. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçdiyi də istisna edilmir. Demək ki, Ermənistan artıq 6 aydan çoxdur ki, məhz bu təxribatlara ciddi hazırlıq görür və bunun eskalasiya həddinə qədər yüksəlməsində maraqlıdır.

Görünür 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində ermənistanlı həmkarları ilə razılığa gəliblər.

2. Lakin son 2 gündə intensiv xarakter alan və daha geniş hərbi texnikanın cəlb edildiyi erməni təxribatlarının gedişatında Fransa-Ermənistan hərbi ə əkdaşlığı istiqamətində atılan addımlardan da belə aydın olur ki, Ermənistan-İran-Fransa tandemi bu tıxribatın əsas iştirakçı tərəfləridir və Paris qondarma rejim qalıqlarını, qanunsuz erməni silahlılarını, Ermənistan ordusunu Azərbaycana qarşı sürətli şəkildə silahlandırmaq məqsədi ilə legitimlik qazanmaq üçün zəmin yaratmaq barədə də ciddi düşünüb.

Fransanın Ermənistanla münasibətləri hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verməsi belə deməyə əsas yaradır. Perspektivdə Fransa Ermənistana silah ixrac etmək niyyətindədir. Artıq Fransa Ermənistandakı səfirliyində hərbi nümayəndəlik yaradıb. Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna bu barədə açıqlama verib. Bu barədə digər məlumatı isə Fransanın nüfuzlu “Intelligence online” portalı yayıb. Adıçəkilən mənbənin yazdığına görə, Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb.

Rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyətinin İrəvana səfəri bütün bu məlumatların həqiqəti əks etdirdiyi təsdiqləyir. Bu isə Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsinin öz işini bərpa etməsi deməkdir ki, məqsədin Ermənistanın Azərbaycana qarşı təxribatlarının daha intensiv və mütmadi olaraq həyata keçirilməsi olduğu istisna edilmir. Bu vəziyyət də imkan verir ki, Ermənistan yenidən revanş əhval-ruhiyyəsinə köklənsin, Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırsın, sülh danışıqları indiki postkonflikt reallığında dalana dirənsin.

Çünki nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında müharibə vəziyyəti davam edir, demək ki, Fransanın bu addımı İrəvana hərbi dəstəyin verilməsindən başqa bir şey deyil. Yəni siyasi və diplomatik platformalarda Azərbaycana qarşı təzyiq siyasəti yürüdən Fransa indi də bu düşmənçiliyi hərbi müstəvidə davam etdirməyi qarşısına bir nömtəli məsələ kimi qoyub.

Fransa tərəfi bunun kommersiya tərəfi ilə bağlı da Bakıya nağıl danışa bilməz. Ermənistana silah tədarükünün sırf kommersiya məqsədi daşıdığı Azərbaycana danışılan növbəti ağ yalandan başqa bir şey olmaz. Çünki Ermənistanın maliyyə resursları Fransadan bahalı silahlar idxal etməyə imkan vermir. Fransa gəlir əldə etmək məqsədi ilə silah satışında maraqlı olsa idi, o zaman 2019-cu ilin aprel ayında Azərbaycanla imzalanmalı olan 350 milyon dəyərində hərbi-texniki əməkdaşlıq haqqında müqavilədən imtina etməzdi. Demək ki, Fransanın planları Ermənistanan üzərindən bölgəyə daxil olub, təsir gücünü artırmaqdır. Emanuel Makron buna da regionu müharibə poliqonuna çevirməklə ancaq nail olmağın mümkünlüyünü düşünür.

Belə görünür ki, Paris Bakı ilə münasibətləri korlamaqda tərəddüd etmir. Çünki aydın görünür ki, Fransanın daxili və regional siyasəti Azərbaycanla münasibətləri korlamağa xidmət edir. Ermənistanın səhvi də ondan ibarətdir ki, regional qarşıdurmada olan qlobal gücləri öz ərazisinə gətirir. Bu da Ermənistan üçün çox pis nəticələrə gətirib çıxaracaq. Azərbaycan ona qqarşı qurulqan bu oyunlardan, planlardan, ssenarilərdən çox yaxşı xəbərdardır. Hətta rəsmi Bakı Nikol Paşinyanın anti-sülh bəyanatlarından tutmuş, sərhəddəki hərbi insidentlərin də sifarişçilərinin kim olduğunu çox yaxşı bilir.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində də bu məsələyə bir daha toxundu. Dövlət başçısı Ermənistana və onu qanadları altına alan qüvvələrə açıq mesaj verdi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.

Təhməz Əsədov
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button