İdman

Erməni idmançını məğlub edən Çingiz Əlləzov Vətəndə belə qarşılandı

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda “ONE Fight Night 13″də növbəti qələbəsini qazanan Çingiz Əlləzov Vətənə qayıdıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Otuz yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib. Ç.Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub.

Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button