Ölkə

Erməni naziri Bakıda kim qoruyacaq? – “Söhbətlər gəzir ki…”

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 3+3 formatında görüşlərin Türkiyədən sonra Bakı və İrəvanda da keçiriləcəyinə ümidvar olduğunu deyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bunu mümkün hesab edir:

“Növbəti görüş Azərbaycan və ya Ermənistanda baş tuta bilər. 3+3 formatı inkişaf etsə, inanıram ki, bir iqamətgah qurulacaq. Amma hər şey işin gedişatından asılıdır”.

E.Məmmədyarov təhlükəsizlik məsələsinə də toxunub:

“Nazirləri hansı ölkə qəbul edəcəksə, onun təhlükəsizliyinə də həmin ölkə cavabdeh olacaq. Söhbət var ki, sülh sazişi bu ilin sonuna qədər imzalanacaq. Çünki Azərbaycan Qarabağı işğaldan azad etdi, suverenliyimiz tam bərpa olundu. Azərbaycan birbaşa görüşlərin keçirilməsini də təklif etdi. Ermənistan bu təklifi qəbul edərsə, nəticəsi müsbət olacaq. Danışıqlarda üçüncü tərəf iştirak edəndə onlar milli maraqlarını güdmüş olurlar. Ona görə də birbaşa təmaslar məqsədəuyğundur”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button