Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər – VİDEO
Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat şəkildə keçid edirlər.
Milli.Az xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin sənədləri yoxlandıqdan sonra onların təhlükəsiz şəkildə keçidi təmin olunur.
“Laçın” sərhəd-buraxılış məntəqəsi bütün müasir texnologiyalarla təchiz olunduğundan, ən müasir texnoloji yeniliklərdən istifadə edilməklə Qarabağın erməni sakinlərinə sürətli və operativ xidmət göstərilir.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub.
Sərhəd-buraxılış məntəqəsindəki proseslə əlaqədar son görüntüləri təqdim edirik:
Milli.Az