Mədəniyyət

Ermənilər mədəni irsimizi mənimsəməyə çalışıblar

Ermənilər son otuz ildə Azərbaycanın 20% ərazilərini işğal altında saxladıqları müddətdə mədəni irsimizə öz mülkiyyət hüququnu tətbiq etməklə mənimsəməyə çalışıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, ermənilər qəbristanlıqları, məscidləri, türbələri məhv etməklə bu ərazidən azərbaycanlıların izlərini bu ərazilərdən silməyə çalışıblar.

“İşğaldan azad edilən ərazilərdə faktiki olaraq 2645 mədəniyyət abidəsi tərəfimizdə qeydiyyata alınıb. Bunlardan 1800-ü memarlıq, 760 arxeoloji abidə, 85 monumental heykəllər və parklardır. Bu abidələrin ümumilikdə götürəndə əksəriyyətinin xarabalıqları qalır. 1800 memarlıq abidəsinə daxil olan 67 məscid və sonradan aşkarlanan daha 4 məscid tapılıb. Ümumilikdə 71 məsciddən Ağdamda Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidlərindən başqa qalanlarının xarabalıqları bəzilərinin isə daşı belə qalmayıb. Ermənilər bu səviyyədə abidələrimizi dağıdıblar. Özlərini xristian adlandıran bu qaragürühçular işğal altında saxladıqları ərazilərimizdəki xristian abidələrinə də böyük zərər yetiriblər. Bu abidələr siyahısına alban dövrünə aid bazilikalar, inzibati binalar və digərləri daxildir. Bu abidələrin əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Aşkar etdiyimiz 50 abidənin ümumi forması ermənilər tərəfindən dəyişdirilərək tamam başqa formaya salınıb.”

Tarixçi bildirib ki, ermənilər ərazilərimizdə tapılan kurqanları dağıdaraq ordakı məişət əşyalarını Ermənistana daşıyıblar.

“Əsgəran və Şahbulaq qalalarında ermənilər tərəfindən divarlarında forma dəyişikliyi aparılıb. Ermənilərin mədəni irsin qorunmsaından danışmağa heç bir haqqı yoxdur”,- deyə o qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button