Uncategorized

Ermənilərin yuxusu bitməyib: oyanış ağrılı olacaq

Ermənistan, erməni diasporu və Xankəndindəki separatçı xunta onillərdən bəri davam edən siyasi illüziyalar yuxusundan ayıla bilmirlər. İstəmirlər, amma yuxudan qəfil oyanış Ermənistan üçün çox ağrılı olacaq

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Avstriyaya səfəri əsnasında yerli “DerStandard” qəzetinə geniş müsahibə verib.

Rəsmi İrəvanın məqsədlərinin dəyişməz ritorika ilə bir daha təkrarlandığı, bəsit iddialarla aplomb təsiri bağışlayan fikirlərdən ibarət müsahibə Ermənistan diplomatiyasının aqressiv saxtakarlıq məzmunundan əl çəkmədiyini göstərir.

“Dağlıq Qarabağsy erməni əhalisinin hüquqları və təhlükəsizliyini nəzərə almadan Ermənistanla Azərbaycan münasibətlərini normallaşdıra bilməzlər. Azərbaycan həmişə bəyan edir ki, Ermənistan tərəfdən ərazi iddiaları var. Lakin erməni tərəfi üçün əsas proble təhlükəsizliyin və əsas insan haqlarının təminatıdır”, – A.Mirzoyan söyləyib.

Onun sözlərinə görə, “Dağlqı Qarabağı Ermənistanla və dünya ilə bağlayan yeganə həyat yolu olan Laçın dəhlizi yeddi ay əvvəl, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq bağlanıb”.

A.Mirzoyanın müsahibəsini geniş şərh etməyə lüzum görmürük, çünki Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarından və rəsmi İrəvandakı hakimiyyət isteblişmentinin digər mənsublarının açıqlamalarından heç nə ilə fərqlənmir.

Ermənistan rəhbərliyi siyasətlə diplomatiyanın forma və məzmundan ibarət iki əsas, aksiomatik məhfumunun yükünü hələ də anlamadığından aşkar yalanları sıralayaraq məqsədinə çatmaq üçün bütün vasitələrə əl atır.

Ermənilərin qəsdən, bilərəkdən “Laçın dəhlizi” adlandırdıqları Laçın yolu ilə bağlı rəsmi Bakının mövqeyi aydındır.

Şuşada Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Biz İkinci Qarabağ müharibəsinin başlanmasına qədər iki il müddətində erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. Biz bu minaları aşkar etdik, tapdıq. Biz Rusiya sülhməramlı kontingentinin, həmçinin Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələrini dəvət etdik, göstərdik və sual verdik: “Bu minalar Qarabağa necə gətirilib? Onları kim gətirib? Kim diqqətdən qaçırıb?”. Halbuki, bu, mümkün deyil. Ermənistan terroru davam etdirdiyindən, biz Qələbədən sonra öz ərazimizdə nə üçün həlak olmalıyıq?!”

Ermənisan rəhbərliyi bu suallara hələ də cavab verməyib və əslində, cavab vermək niyyətində də deyil.

Dövlət başçımızın media mənsublarının suallarını cavablandırarkən söylədiyi digər məqam da konseptual messic səciyyəlidir: “İndi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.

Ararat Mirzoyan isə Avstriyada “Qarabağda humanitar situasiya çox ağırdır, humanitar fəlakət astanasındayıq” söyləyir.

Yenə də yalan danışır. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin yaşamlarının “fəlakət ərəfəsi” olduğunu demək üçün erməni həyasızlığı gərəkdir.

Xankəndinin mərkəzi meydanında mitinq keçirən, sonra çadırlar quraraq “oturaq aksiya”ya başlayan, daha sonra Əsgərana yürükərək Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayan, sonda da RSK-nın Xocalıdakı qərargahına yollanaraq orada rusiyalı sülhməramlılara şikayətlənən qarabağlı ermənilər “ciddi problemlər”inin olduqlarını deyiblər.

Bəli, problemlər var və qarabağlı ermənilərin yaşamları az qala günbəgün çətinləşir.

Fəqət, onları bu məhrumiyyətə, qıtlığa, çətinliyə düçar edən – bəyan etdikləri kimi – rəsmi Bakı yox, Ermənistanın hakimiyyət dairələri, xarici ölkələrdəki erməni diasporu, Xankəndindəki erməni diasporu və Rusiya Federasiyasının “təsir agenti” qismində yolladığı Ruben Vardanyandır.

1991-ci ildən bəri ermənilər illüziyalar aləmində yaşayaraq Ermənistanla işğal etdikləri Azərbaycan ərazilərini az qala “vahid məkan” qismində görür, eyni zamanda qarabağlı ermənilərin “milli müqəddəratını təyinetmə hüququndan faydalanaraq müstəqil dövlət qurduqlarını” vurğulayırdılar.

Qarabağın “müstəqilliyi”ni dünyanın heç bir ölkəsi, hətta işğalçılıq siyasəti yürütmüş Ermənistan belə tanımadı.

Beləcə, son onilliklərdə adi, sıravi qarabağlı ermənilər İrəvanın, “sprük” adlanan erməni diasporunun və Xankəndindəki erməni diasporunun girovuna çevrildilər.

Qarabağlı ermənilər indi də letargiya yuxusundan ayılmaq, reallıqları görmək və anlamaq, yaşadıqları zillətin səbəbkarlarını məsuliyyətə cəlb etmək və normal həyata keçmək istəklərini qorxmadan dilə gətirmirlər.

Onlar məşəqqətli, ağır vəziyyətdədir: çünki RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniləri hələ də separatizmi siyasi şüarçılığa çevirmiş terrorçu xunta idarə edir.

Situasiyanı daha da ağırlaşdıran məqamsa bu xunta ilə Ruben Vardanyan arasındakı qarşıdurmanın aşkar düşmənçilik həddinə çatmasıdır. R.Vardanyan son bəyanatlarında birmənalı olaraq Ermənistanın mövcud hakimiyyətini “xəyanətdə və satqınlıqda, yarıtmazlıqda və bacarıqsızlıqda” suçlayır, daha sonra isə xuntanın faktiki rəhbəri Araik Arutyunyanın hakimiyyətdən kənarlaşdırılmasının vaxtının çatdığına işarə vurur.

Məhz bu səbəbdən Araik Arutyunyan xuntanın qondarma qanunverici struktururun təcili və fövqəladə iclasını çağırararaq orada istefasını bəyan etmək, növbədənkənar seçkilər keçirmək və yenidən seçilərək postunda qalmaq niyyətindədir.

O, üç həftə əvvəl Xankəndindəki xuntanın kağız parçası qədər dəyəri olmayan “Konstitusiya”sına edilən dəyişikliklərlə əlavələr sayəsində belə imkan əldə edib.

Rusiya Federasiyası Ermənistanın hakimiyyətinə və xüsusilə də baş nazir Nikol Paşinyana təsir imkanlarını itirməkdə olduğundan indi əsas stavkanı qarabağlı ermənilərə edir.

RSK-nın səlahiyyət və fəaliyyət müddətinin başa çatacağı 2025-ci ildə Azərbaycanı tərk etməyən, hərbçilərini daha sonra da indiki ərazilərdə saxlamağa çalışan Moskva indi vəziyyəti süni gərginləşdirməklə məşğul olan erməni təşkilatlarına, fərdlərə və qurumlara dəstək verməklə məşğuldur.

Məqsəd qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatı ilə prosesi maksimum uzatmaq, yerli əhalinin Azərbaycan cəmiyyətinə reintqerasiyasına yol verməməyə çalışan qüvvələr təbii ki, yekun sülh sazişinin imxalanmasına yönəlmiş prosesdə də süni məneələrlə absurd əngəllər yaratmağa davam edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan da sülh məramlı olduğunu, Azərbaycanla münasibətləri normallaşdırmaq və ssülh müqaviləsi imzalamaq niyyətinə sadiqliyini bəyan etsə də, həm hami saydığı dövlətlərə, yəni Fransa və Rusiyaya sadiqliyini nümayiş etdirmək, həm də daxili siyasətdə mövqelərini möhkəmləndirməklə ermənilərə “xəyanətkar olmadığını” göstərmək üçün ləngərvurma tipli modeldən əl çəkmir.

Məsələn, o, dünən Fransanın AFP agentliyinə verdiyi müsahibəsində ümumiyyətlə, bütün məqamları və prinsipləri qarışdırıb, xəyallarını reallıq kimi qələmə verib, situasiyanı tərsinə təqdim edib.

“Sülh müqaviləsi imzalanana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər, təbii ki, müharibə ehtimalı çox böyükdür. Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, danışıqlar prosesində iştirak etməyin heç bir mənası olmazdı. Amma inanmaq o demək deyil ki, nəticə əldə edəcəyimizə zəmanət var. Rusiya bizimlə olan bütün öhdəliklərini yerinə yetirmir və bütün gözləntilərimizi doğrultmur. Biz Rusiya ilə Amerika arasında yaşamırıq. Avropa Rusiya ilə Amerika arasında yaşayır. Biz Gürcüstan, İran, Azərbaycan, Türkiyə mühitində yaşayırıq. Fantaziya kimi görünsə də, Rusiya regionu tərk edir. Ermənistanın ərazi bütövlüyü, suverenliyi və Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Ermənistanın “qırmızı xətti”dir. Danışıqlarda Ermənistanın işi mürəkkəbləşib. Buna səbəb Ermənistanın Qarabağ erməniləri ilə bağlı marağının Azərbaycanın ərazi bütövlüyünə qəsd və ya cəhd kimi qəbul edilməsidir. Bizim yaxşı münasibətlərimiz olan dünya ölkələri Qarabağdakı “humanitar böhran”la bağlı heç bir addım atmırlar. Biri Azərbaycandan qaz alır, biri neft alır, üçüncüsü bank sistemini düşünür, dördüncünün başqa problemləri var və.s” – Nikol Paşinyan söyləyib.

Göründüyü kimi, primitiv demaqogiya, yalan yığını və iddialar toplusu.

Zavallı Paşinyan hələ də dərk etmir ki, müxtəlif dövlətlər, o cümlədən Rusiya və Fransa ermənilərə istədikləri qədər vədlər verə bilərlər, hətta müəyyən sayda hərbi texnikanı da sata və ya bağışlaya bilərlər – lakin bu dövlətlərdən heç biri Azərbaycana təzyiq göstərmək imkanlarına malik deyil.

Rəsmi Bakının bütün addımları, qərarları beynəlxalq hüquq çərçivəsindədir və qarabağlı ermənilər də Azərbaycan sakinləridir. Bu, aksiomdur – yerdə qalan bütün formalı və məzmunlu qeyri, alternativ baxış bucaqları, mövqelər və açıqlamalar isə mənasız söz yığınıdır.

Bakı sülh sazişinin imzalanmasına və qarabağlı ermənilərin reintqerasiyasına doğru irəliləyir.

Səbrlə, qətiyyətlə və düşünülmüş şəkildə.

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button