Siyasət

Ermənistan Azərbaycanla sərhəddə hava limanı tikmək istəyir

Ermənistan yenə də öz pozucu fəaliyyəti ilə məşğuldur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sülh müqaviləsi imzalamamaq üçün dəfələrlə təxribatlar törədib vəziyyəti gərginləşdirən Ermənistan indi sərhədimizə yaxın ərazidə hava limanı istifadəyə vermək istəyir.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ermənistanın sülh müqaviləsi imzalamadığı bir dövlətlə sərhəddə hava limanı tikməsi absurddur və qəbul edilməzdir.

Hərbi ekspert deyir ki, sovet dövründə Qafan hava limanı fəaliyyət göstərirdi, lakin o zaman faktiki olaraq heç bir sərhəd yox idi, çünki bütün respublikalar vahid məkanın bir hissəsi idi.

Ekspertin sözlərinə görə, Azərbaycanda Zəngilan hava limanı inşa edilərkən sərhəddən uzaq məsafə seçildi, hətta, marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alındı ki, təyyarələrin Ermənistan ərazisinə keşməsi riski olmasın. Qafan hava limanı isə Azərbaycan mövqelərinə olduqca yaxındır. Hava limanından eniş və uçuş zamanı təyyarələrin Azərbaycanın hava məkanını pozması qaçılmazdır.

Ermənistanın Qafan aeroportunun açılması kimi birtərəfli təxribatçı addımları cavabsız qalmayacaq. Azərbaycan öz hava məkanının pozulmasına yol verməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button