Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir
Siyasət Materials 12 Sentyabr 2023 09:19 (UTC +04:00)[Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir – Hikmət Hacıyev]
1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.
“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, – Prezidentin köməkçisi qeyd edib.
O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.
Milli.Az