Siyasət

Ermənistan müharibəyə hazırlaşır? – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycanın Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd “KamAZ” markalı hərbi maşın, həmçinin, döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobil şəxsi heyətlə birgə kolon şəklində hərəkət edir.

Əslində Vətən müharibəsindən sonra keçən  dövr  ərzində  Ermənistan silahlı qüvvələri şərti sərhəddə bir neçə dəfə təxribat törədib.

“Məğlub olmuş Ermənistanın niyyəti nədir?”

Millət vəkili Musa  Qasımlı bildirir ki, humanitar yardım teatrının ortaya atılmasında da  məqsəd yekunda hərbi təxribatı törətmək idi. Ermənistan humantar yardım adı ilə bir növ dünya ictimaiyyətinin diqqətini başqa  istiqamətə yayındırmaq istəyirdi.

Bununla rəsmi İrəvan ərazilərimizə hücum üçün zəmin hazırlamaq istəyir. Yəni bu ölkənin sülh danışıqlarından yan keçməsi açıq-aydın şəkildə görünür.

Millət vəkili onu da əlavə edib ki Ermənistan müharibəyə hazırlaşır amma  burada səhv edirlər çünki, Azərbaycan müharibə dövründəkindən də qat-qat güclüdür.

“Heç kim də gəlib Ermənistan üçün bu ərazilərdə doyüşməyəcək.”

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button