Ölkə
Ermənistan ordusu mövqelərimizi intensiv atəşə tutur
Sentyabrın 1-i səhər saatlarından başlayan gərginlik davam edir.
Hazırda Ermənistan ordusu ağır artilleriya və haubitsalar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini intensiv atəşə tutur.
Ermənilər şərti dövlət sərhədindəki mövqelərinə zərbə PUA-ları da gətiriblər. Onlar mövqelərimizə ağır zərbələr endirmək istəyirlər. Lakin düşmənin cavabı layiqincə verilir və daha sərt, dağıdıcı şəkildə veriləcək, ermənilərin atəş nöqtələri və mövqeləri məhv ediləcək.
Azərbaycan Ordusunun hazırda 3 yaralı hərbçisi var.
Milli.Az