Siyasət

Ermənistan regionda qəsdən gərginlik yaradır

Yaxın gələcəkdə Avropa meydanlarında Azərbaycan-Ermənistan danışıqlarının yeni raundunun baş tutacağı barədə planlar var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu politoloq İlqar Vəlizadə Trend-in suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu raund əsasında yeni gündəlik tərtib olunacaq və Azərbaycan çalışacaq ki, bu gündəlik çərçivəsində bütün aktual məsələlər həll olunsun. Ancaq Ermənistan bunu istəmir.

“Aktual məsələlər ondan ibarətdir ki, Azərbaycan öz ərazilərində öz suverenliyini bərpa edir, ərazimizdə yaşayan ermənilərlə reinteqrasiya prosesini inkişaf etdirir, Ermənistanən iştirakı ilə delimitasiya, demarkasiya həyata keçirməyə başlayır və Zəngəzur dəhlizi açılır.

Bütün gündəlikdə olan məsələlər aktualdır və yeni regional gündəmi tərtib edir. Lakin Ermənistan bütün bunlardan boyun qaçırır. Təxribatlara əl atmaqla bu prosesləri ləngidir. Təxribatların əsas məqsədi odur ki, yeni hərbi-siyasi vəziyyət yaransın, regionda gərginlik olsun və onlar vəziyyətdən istifadə edərək, xarici havadarlarını regiona cəlb etsinlər, ölkəmizə təzyiqlər artsın.

Bu, çox təhlükəli proseslərdir və Ermənistan alovla oynayır. Bunu birmənalı olaraq hamı anlamalıdır ki, Azərbaycan belə oyunlara dözməyəcək və adekvat reaksiya verəcək. Bu reaksiyaların nəticəsi Ermənistanın üzərinə düşür”, – deyə İ.Vəlizadə bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button