Siyasət

Ermənistandan Azərbaycana qarşı növbəti hərbi həmlə…

Hərbi dairələrdəki mənbələrimiz Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatları təsdiqləyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı “Caliber” yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistanda təmir müəssisələri fasiləsiz işləyir, təmir oluna bilən bütün texnikanı işə salmağa çalışırlar.

Həmçinin Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb.

Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatda olan on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin ölkədə guya səfərbərliyin baş tutmaması ilə bağlı açıqlamaları əslində Azərbaycan və dünya ictimaiyyətini yanlış məlumatlandırmaq üzrə kampaniyanın tərkib hissəsidir.

Odur ki, yaxın vaxtlarda həm ölkədaxili, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimindən ciddi hərbi təxribat gözləməyə əsas var.

Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversifikasiya xarakterli təxribat əməliyyatları aparıla bilər.

Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək.

Qeyd edək ki, bu gün də İrəvan şəhərində hərbi texnikaların daşınması prosesi ilə bağlı görüntülər yayılıb. Və iddia edilib ki, hərbi kolon (canlı qüvvə və hərbi texnika) Azərbaycanla şərti sərhədə doğru irəliləyir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button