Uncategorized

“Ermənistandan bunu tələb edirik” – İtkin düşmüş şəxsin həyat yoldaşı

Həyat yoldaşım kapitan Rəhimov Aydın 1993-cü il martın 3-də Ağdərə bölgəsində gedən döyüşlərdə itkin düşüb. O gündən yoldaşımdan heç bir xəbər yoxdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə itkin düşmüş şəxsin həyat yoldaşı Şəlalə Rəhimova deyib.

O bildirib ki, bu gün bura yığışmağımızın məqsədi Ermənistandan kütləvi məzarlıqların yerin tələb etməkdir.

“Ermənistan bizim yaxınlarımızı basdırdığı kütləvi məzarlıqların yerini bizə deməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələdə öz dəstəyini göstərməlidir, onlar indiyə qədər bizə heç bir məlumat təqdim etməyiblər”, – deyə qadın əlavə edib.

Qeyd edək ki, 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button