Siyasət

Ermənistanın Azərbaycanın həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb

Brüssel görüşündə danışıqların istiqaməti Azərbaycanın şərtləri üzərində qurulub. Artıq proseslərin Ermənistan tərəfindən uzadılması üçün bəhanələr qalmayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Bəhruz Məhrərrəmov Brüssel görüşünü şərh edərkən belə deyib.

Onun sözlərinə görə, bir daha hamı tərəfindən qəbul olundu ki, bölgədə sülhün əldə olunmasının tək yolu Ermənistanın bütün təxribatçı mövqeyindən geri çəkilərək Azərbaycanın haqlı tələblərini qəbul etməsinə bağlıdır.

Bu görüş kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün zəmin yaradır. Görüşün yekununa dair keçirilən mətbuata açıqlamada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirdi ki, dəmiryolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazırdır.

Unutmamalıyıq ki, Brüsseldə normallaşma prosesi Azərbaycan və Ermənistan arasında aparılır, sülh müqaviləsi iki ölkənin müzakirə predmetidir.

“Separatçıların təxribatlar törətdiyi zona isə Azərbaycanın ərazisidir. Separatçılara qarşı atıla biləcək addımlar, o cümlədən antiterror əməliyyatı Azərbaycanın daxili məsələsidir”,- deyə deputat vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button