Siyasət

Ermənistanın müharibədən nəticə çıxarmaması onlar üçün daha pis nəticələnə bilər

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra sülhlə bağlı müəyyən imitasiya xarakterli addımlar atsa da, reallıqda bunun tam əksini görürük.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.

“Sülhə doğru yalnız çıxışlardan ibarət hərəkətləri mövcud idisə, ancaq ordunun silahlanması, şəxsi heyətin və ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsini nəzərə alsaq, ermənilərin yalnız revanşa hazırlaşdıqlarının görə bilərik”, – o qeyd edib.

A.Bayramovun sözlərinə görə, Ermənistan bir neçə ölkə ilə silah-sursatın alınmasına dair müqavilələr imzalayır:

“Bu silahların çoxu hücum üçün nəzərdə tutulub. Bütün bunlar ondan xəbər verir ki, Ermənistanın sülhlə bağlı niyyəti yoxdur. Ermənistan ötən üç il ərzində hərbi və siyasi təxribatlara əl atmaqla, mövcud vəziyyəti dondurmaqla revanşa hazırlaşır. Ermənistan getdikcə təxribatların sayını artırmaqdadır. Özlərinin yaratdığı humanitar şounu buna misal göstərmək olar. Bütün dünya gördü ki, bu şounun heç bir əsası yoxdur”.

Ekspert qeyd edib ki, Ermənistanın törətdiyi təxribatlarda zərbə dronlarından və pilotsuz uçuş aparatlarından istifadə etməsi ondan xəbər verir ki, onlar daha ciddi təxribatlara hazırlaşır.

“Bu təxribatlar tək Qarabağda deyil. Onlar diqqəti yayındırmaq üçün şərti Azərbaycan-Ermənistan sərhədində də təxribatlara əl atır. Bununla daha çox beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi güdürlər. Ancaq düşmənin istənilən təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır.

Beynəlxalq hüququn tələblərinə əsasən, müharibənin və əməliyyatın zəruri olduğu dörd hal var. Bunun artıq ikisi odur ki, Azərbaycanın Qarabağ bölgəsində separatçı və qeyri-qanuni silahlı birləşmələr tərəfindən bizə qarşı təhlükə var. Azərbaycanın legitim hüququdur ki, Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, Haaqa konvensiyasına uyğun olaraq həmin qrupları və separatçıları zərərsizləşdirsin”, – deyə o qeyd edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button