Siyasət

Ermənistanın Rusiyaya arxa çevirməsi: Paşinyanın qarşısında hansı tapşırıq qoyulmuşdu?

Bu gün Ermənistan ilə Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. İki ölkənin rəsmiləri bir birilərinə qarşılıqlı ittihamlar səsləndirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib ki, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz. N.Paşinyan bildirib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Proseslər onu göstərir ki, Ermənistan Rusiyadan imtina edərək tam qərbyönümlü siyasət həyata keçirir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına anti-Rusiya fəaliyyəti ilə bağlı tezislər qoymuşdular.

“Həmin dövrdə səsləndirilən fikirlər özünü daha sonrakı zaman kəsiyində qabarıq şəkildə biruzə verdi. Paşinyanın bütün təxribatlarının, atdığı addımların təməlində o dayanırdı ki, Ermənistan cəmiyyətinə mesaj versin ki, Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir və Ermənistan Rusiyanın orbitindən kənara çıxmalıdır”, – deyə E.Mirzəbəyli qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button