Uncategorized

Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra prezident Ersin Tatar yazılı açıqlama verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Şimali Kipr Türk Respublikası Prezidentinin saytına istinadla xəbər verir ki, Ersin Tatar açıqlamasında bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni məmnun etdi.

Şimali Kipr Türk Respublikası Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti kimi varlığını davam etdirərkən, mənim ən böyük istəyim Azərbaycanla ayrılmaz əlaqələrin olmasıdır.

Mən cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button