Ölkə

Əsas odur kişi oğrusu olmayasan

“Xeyirli və uğurlu olsun yeni mahnın. Əsas odur ki, kişi oğrusu olmayasan”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında yaşanan mahnı qalmaqalına münasibət bildirən aparıcı, prodüser Tarix Əliyev deyib.

 

O, sosial media hesabında Vəfanın ifasını paylaşaraq təriflər yağdırıb:

“Xeyirli və uğurlu olsun yeni mahnın. Düşünürəm ki, çox yaxşı oxumusan. Bəli, ola bilər ki, həm sən, həm də Şəbnəmin haqqı olan tərəflərsiz. Çünki beş ay öncə mahnının pulunu ödəmisən, Turalın səsi və çəkilişləri də var, mahnı artıq sənindir. Əsas məsələ budur ki, oxunub. Kimdən alınıbsa, o da özü bilir. Buradan bəzi yaltaqlara da sözüm var, Vəfanı oğurluqda iddia edənlərə! Əsas odur ki, kişi oğrusu olmayasan, kiminsə ərini oğurlamayasan, toylara gedib kişi oğurlamiyasan. Mahnı oğurlana bilər, bu, problem deyil. Məsələn, Üzeyir Hacıbəyovun mahnısı deyil ki, deyəsən ki, incəsənətə xələldir. Tural Sədalı yazıb, nə böyük şeydir ki? Vəfa pulunu verib, mahnını alıb. Mənim xoşuma gəldi, uğurlu olsun” deyə o paylaşımında qeyd edib.

 

Qeyd edək ki, ikilinin qalmaqal yaşadığı “Cənnətim” adlı mahnını ilk Şəbnəm Tovuzlu oxuyaraq müəllif kimi başqa şəxsin adını qeyd edib. Şəbnəm mahnını ötən gün yayımlasa da Vəfa bəstənin sözlərinin ona aid olduğunu və ifasını bu gün təqdim edəcəyini deyib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button