“Eşqindən şokolad kimi əriyirsən”
“Sən eşqindən sərxoş olmalı, əriməlisən. Sən dəli olmasan, həmin dadı hiss etməyəcəksən. Bir neçə dəfə yaşadığım hiss olub və çox şeyi dərk etməyə bəs edib. Nə vaxtsa sən eşqindən şokolad kimi əriyirsən…”.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Çingiz Mustafayev aparıcı Turanə Hüseynlinin yutub layihəsində qonaq olarkən deyib. İfaçı ruhani olmasından, Allah sevgisindən danışıb:
“Bu eşqi heç bir şeylə bağlaya bilmirəm: nə insan, nə ağacla. Ruhani yolunda insanın dadmalı olduğu ilk şey eşqdir.
Hərdən mənim şüurum məni qorxudur. Çox halda sənə yaşamağa mane olur. Şüurum belə bir qorxu yaradıb ki, bir də sevə bilməyəcəyəm. Əgər sən dediyim o eşqi bir dəfə dadırsansa, sonrakılar solğun qalır. Çətindir… Ona görə də mənə eşqdən mahnı yazmaq da çətindir. O demək deyil ki, qadını sevməyəcəksən. Yox…”.
Milli.Az