Ölkə

Ətin qiyməti ilə bağlı mühüm xəbər

Azərbaycanda mal ətinin qiyməti ucuzlaşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu24.com xəbər verir ki, bir sıra rayonlarda mal atının qiyməti 15 manatdan 14 manat 50 qəpiyə endirilib.

Saytımızın əməkdaşının mənbələrdən əldə etdiyi məlumata görə,ətin ucuzlaşmasına səbəb Qazaxıstan Respublikasından  gətirilən ətlik dana cinsləridir.

Həmin dana ətləri  kiloqramı 12-13 manatdan əhaliyə təklif edildiyi üçün yerli dana ətlərinin də qiyməti aşağı salınıb.

Qəssablardan birinin saytımıza verdiyi məlumata görə,xaricdən erkək danalar gətirilməsəydi, ölkəmizdə ətin qiymətində sürətli bahalaşma müşahidə ediləcəkdi.

Məhz bunun qarşısını almaq məqsədi ilə belə bir addım atılıb.

Qeyd  edək  ki, 2022-ci ildə Qazaxıstan 1,06 milyon ton ət istehsal edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ət ixracında əsas yeri Özbəkistan, BƏƏ və Küveyt tutur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button