Ölkə

Evə gəlib ağlayırdım ki, bacarmıram

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Verilişin budəfəki sayının qonağı Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva olub.

O, aşıq sənətinə yönəlməyində ailəsinin böyük rolu olduğunu söyləyib:

“Ailədə daim aşıq musiqilərinə qulaq asırdılar. Saza, sözə olan məhəbbəti görə-görə məndə də maraq yaranmışdı. Tədbirlərdə fəal iştirak etsəm də, aşıq olmaq niyyətində deyildim. Valideynlərim istəyirdilər ki, aşıq olum, başqa müşayiətçilərə ehtiyacım olmasın”.

Samirə Əliyeva onu da vurğulayıb ki, bu sənət ona maraqlı gəlsə də, özünü heç vaxt aşıq kimi təsəvvür etməyib:

“Mənim gözümdə aşıq deyəndə ağsaqqallar canlanırdı. Ona görə saz ifa etməyə başlayanda ilk dərslərdə evə gəlib ağlayırdım ki, bu sənəti öyrənə bilmirəm. Nə musiqini, nə də sözlərin dərinliyini, mənasını başa düşürdüm”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button