Ölkə
Evi də yandı, maşını da
Şəmkirdə yanğın hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alnıb.
Kənd sakininə məxsus 400 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, yanğın zaman bir “Mercedes”markalı minik maşını da yanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Milli.Az