Ölkə

Fərid Osmanova yeni vəzifə verildi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Milli.Az-a bildiriblər ki, Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

O, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

2005-ci ildən Azərbaycan Respublikası Milli Bankının İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.

2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2020-ci ildən bu təyinata qədər Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button