Ölkə

Fəhlələrin maaşları niyə artırılmır? – VİDEO

Ərzaq qiymətləri artır, xərclər çoxalır, ancaq tikintidə çalışan, pulları həqiqi mənada daşdan, palçıqdan çıxan fəhlələrin maaşı artmır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,vətəndaşlar deyir ki, həm iri tikinti şirkətlərində, həm də fərdi kollektivlərdə ən aşağı əməkhaqqı məhz fəhlələr üçün ayrılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd edir ki, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda qeyri-formal əmək kollektivləri var. Müxtəlif şəxslərin yaratdığı bu qruplar daha çox günəmuzd işlərə cəlb olunur. Burada çlışan fəhlələrə də həm az əməkhaqqı verilir, həm də onların əmək münasibətləri kobud şəkildə pozulur.

Sahib Məmmədov bildirir ki, illərlə görülən ciddi tədbirlər sayəsində böyük tikinti şirkətlərində bu kimi halların qarşısı xeyli alınıb.

İqtisadçı Turab Rzayev hazırki bahalaşma fonunda fəhlə əməkhaqqılarının xeyli aşağı olduğunu deyir. Onun fikrincə, bu hal işçilərin sosial durumu ilə yanaşı, tikinti sektoruna da təsirsiz ötüşmür.

Turab Rzayev bildirir ki, hazırda inkişaf etmiş ölkələrdə gündəlik fəhlə işi daha yüksək qiymətədir. Üstəlik bu əmək növü ağır sayıldığından çox insan işləmək istəmir və əməkhaqqı da hər saat üçün hesablanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button