İdman

“Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “report”a istinadən bildirir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Beləliklə, matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”a qarşı səfər matçına çıxacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button