Ölkə

Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Fərqanə Qasımova şəxsi həyatından danışaraq özünü “Əfsanə qadın” adlandırıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin bu fikirləri tənqid edilib.

Onun hazırda həbsxanada olan həyat yoldaşından danışması qınanılıb. 

F.Qasımova tənqidlərə cavab verib. O, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında bir hekayə paylaşaraq bunları yazıb:

“Haqqımızda bilib-bilmədən rəy yazan “millətim”ə veriləcək ən gözəl cavabı Allah rəhmət eləsin Cəlil Məmmədquluzadə verib. Özü də mollanın dili ilə”.

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur 8 il azadlıqdan məhrum edilib.

Onların 4 övladı var.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button