İdman

Fərrux Mahmudov “Neftçi”nin prezidenti təyin edildi

Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az apasport.az-a istinadla bildirir ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Evlidir, 3 övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button