Ölkə

“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi

“Facebook” sosial şəbəkəsində paylaşımların tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişan Ermənistan bayrağı ilə əvəz edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:

“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button