İdman

“Fasilədə çəni yanacaqla doldurmağa çalışacağıq”

“Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə çəni yanacaqla doldurmağa çalışacağıq”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu evdə “Səbail”lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın II tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis komandasında yorğunluq olduğunu bildirib: “Fiziki baxımdan çətin oyun idi. Təhlükəli hücumlarımız oldu, ancaq qola çevirə bilmədik. Yaxşı məşq etməyə, bərpa dövrü keçməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. Türkiyədən qayıtdıqdan sonra bir gün vaxtımız olacaq, sonra yenə oyun var”.

Oyun vaxtı əsəbi olmasının səbəbini açıqlayan 44 yaşlı çalışdırıcı məğlub olmağı sevmədiyini söyləyib: “Hətta evdə oğlumla futbol oynayanda da qələbə qazanmaq istəyirəm. Futbolu çox sevirəm və həssas yanaşıram. Komandanın yaxşı epizodları qola çevirə bilmədiyini görəndə özümdən çıxıram. Bu kluba və oyunçulara inamım böyükdür. Bilirəm ki, daha artığını edə bilərik”.

Emin Mahmudovun meydanı tərk edərkən kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verməsinə də toxunan Mutu bunu kapitanın şəxsi qərarı olduğunu vurğulayıb: “Bu, mənim qərarım deyildi. Qara komandaya yeni qoşulub. Son vaxtlarda az şans qazanıb. Oynamalıdır ki, praktikası artsın. Ondan gözləntim daha çoxdur. Güclü və yaxşı oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi İsrafilov və Kilan Lebon da zədəlidir. Bunlara baxanda görürük ki, komanda yaxşı toplanış keçməyib. Üzərimizdə işləməliyik”.

O, növbəti matçlarda daha yaxşı oynayacaqlarına söz verib: “Belə oyunlarda qələbə üçün yüksək ritm tətbiq etməlisən. Rəqibin müdafiədə oturacağını bilirdik, buna hazırlaşmışdıq. Təəssüf ki, əks-hücumdan qol buraxdıq”.

Baş məşqçi yeni transfer Aaron Olanarenin çıxışını da dəyərləndirib: “Artıq çəkisi yoxdur, fiziki görünüşü belədir. Onu mühakimə etmək üçün düzgün vaxt deyil. Sırf 9 nömrə baxımından əlavə oyunçumuz yoxdur. Həmin mövqedə Andre Şinyaşiki və Filip Ozobiçi yoxlamışam. Yeni transferlər ediləcək. Onlar gələndən sonra daha güclü olacağıq”.

Mutu III turda “Sabah”a qarşı keçirəcəkləri oyundan da spz açıb: “Rəqibin də çətin səfəri var. Mənim üçün vacib amil oyunçuların formalarını tez bərpa etmələridir. Başa düşürəm, fiziki hazırlığımız ürəkaçan deyil. Bunu qəbul edirik. Çalışırıq, üzərimizdə işləyək. Oyunda sürəti təyin edən komanda biz idik, amma bu da istədiyim dərəcədə deyildi. Bir neçə dəfə rəqibin qapısına yaxınlaşdıq, amma bəxtsizlik oldu. Hazırda 50 faiz hazırıq”.

Mütəxəssis “Sabah”ın “Sumqayıt”la matçının təxirə salınmasına da münasibət bildirib: “Bizim üçün artıq gec idi. “Beşiktaş”la ilk oyundan əvvəlki görüşü təxirə salmalı idik. Müraciət etdik ki, amma “yox” cavabı gəldi. O biri komandalara baxsaq, ardıcıl 5 oyunu evdə keçirənlər var. Lakin biz yalnız səfərə gedirik. Bu dövrü də keçəcəyik. Düşünürəm ki, milli komandaların oyunlarına görə yaranacaq fasilədə yaxşı məşqlər edə biləcəyik. Son oyunlara baxsaq, komanda çox enerji itirib. “Jelezniçar”la matçda bütün gücümüzü qoyduq, sonra Gəncəyə getdik və uduzduq. Bakıya qayıdandan sonra “Beşiktaş”la qarşılaşdıq. Bugünkü matçda görünürdü ki, hücumu bitirə bilmirik, yorğunluq var. Bir neçə həftə sonra daha yaxşı olacağıq”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button