Ölkə

FHN damda köməksiz qalan vətəndaşı xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nazirlikdən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button