Ölkə

FHN İsmayıllıdakı vəziyyətlə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə İsmayıllı rayonunun Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nazirlikdən bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button