Ölkə

Filarmoniyada Bakı Kamera Orkestrinin konserti keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestrinin konserti keçirilib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, orkestrin müşayiəti ilə solistlər – Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Səbinə Quliyeva (violin) və Səbuhi Axundov (viola) dinləyicilər qarşısına çıxış ediblər. Proqramda J.Haydnın 1 saylı (D dur) və 45 saylı “Vida” Simfoniyaları, V.A.Mozart Violin və viola üçün Konsert Simfoniyası səslənib.

Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.

Информационная поддержка – Trend.Az, Day.Az, Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button