Ölkə

Filarmoniyada Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib. Öncəliklə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Manuel Montenegro keçirilən konsertlə bağlı öz fikirlərini dinləyicilərə çatdırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Dirijor Migel Kampos Netonun (Braziliya) rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev) və Xorunun (xormeystr Sevil Hacıyeva) müşayiəti ilə solistlər – Azərbaycan Respublikasının Əməkdar artistləri Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) öz ifalarını dinləyicilərə təqdim edib.

Proqramda G.Malcher “İara” operasına uvertüra, C.Gomes “II Guarany” operasından “Sento una forza” dueti, J.Brandao “Eh Bumba”, H.Villa-Lobos “10 saylı Şoro” (Bakıda ilk ifa), F.Schubert 3 saylı Simfoniya D dur, A.Dadaşov “Zəfər Çələngi” uvertürası, M.Campos “Gli Eroi” operasından duet (ilk ifa) səslənib.

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button