Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş konsertlər keçiriləcək
16 və 19 noyabr tarixlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş konsertlər keçiriləcək.
16 noyabr saat 19:00-da bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər – Səid Məmmədov (violin), İrina Mehdiyeva (piano) dinləyicilərə öz ifalarını təqdim edəcək. Proqramda Azərbaycan və Qərbi avropa bəstəkarlarının əsərləri səslənəcək.
19 noyabr saat 19:00-da dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev), Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun (xormeystr Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) müşayiəti ilə solistlər – Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova (xanəndə), Ramil Qasımov (tenor), Çinarə Heydərova (qanun) və Eldəniz Məmmədov (xanəndə), Rəvanə Qurbanova (xanəndə), Zabitə Alıyeva (xanəndə), Taleh Yahyayev (bariton), Fariz Hüseynov (kamança), Natavan Həsənova (qanun), Fəxri Kazım-Nicat (tenor), Nərgiz Mütəllibova (fleyta), Aidə Rəfiyeva (kamança), Sevinc Səfərova (kamança), Ulduzə Məmmədova (kamança) tamaşaçılar qarşısında çıxış edəcək. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az