İdman

Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edildi

Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli tanınmış mütəxəssis Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yetirməsi, 3 qat dünya, 4 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyev instaqram hesabında paylaşım edib:

“Uzun illərdir Firdovsi Umudovla çiyin-çiyinə çalışırıq. Onun idman sahəsində qazandığı uğurları sadalamaqla bitməz. Dövlət Sərhəd Xidmətinin zabiti kimi Firdovsi müəllimin 44 günlük Vətən müharibəsi zamanı digər əsgər və zabitlər kimi könüllü olaraq cəbhəyə yollanmaq istəyi, komandanlığın verdiyi tapşırıqları yüksək səviyyədə icra etməsi onun vətəninə, dövlətinə olan sevgisini bir daha bariz şəkildə ortaya qoyur. Bu şərəfli yolda Firdovsi müəllimə uğurlar arzulayıram”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button