Ölkə

Fitnes zalının sahibinin bıçaqlandığı davaya görə 5 nəfər tutuldu

Bakıda gecə klubunda baş vermiş hadisəyə görə 5 nəfər saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla, 5 nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xatırladaq ki, hadisə Ağ Şəhərdə yerləşən “Pubar” gecə klubunda baş verib. Bıçaqlanan şəxslərdən F.İsmayılov Bakı şəhər Nərimanov rayonunda yerləşən fitness klublardan birinin sahibidir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button