Uncategorized

“Formula 1”: Əsas yarışlar başladı – CANLI

2023 Formula 1 Azərbaycan Qran Prisi üzrə əsas yarışlar başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, iki saat davam edən yarış nəticəsində Qran Prinin qalibi müəyyən olunacaq.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə “Ferrari” pilotu Şarl Lekler yarışın birincisi olub. “Red Bull”un pilotu Maks Ferstappen ikinci, “Ferrari”nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing” komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Yarışın 2-ci günü, aprelin 29-da Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutub.

Formula 1 üzrə mövsümün ilk sprint yarışının qalibi “Red Bull” pilotu Serxio Peres qalib olub. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Formula 2 komandalarının birinci sprint yarışının qalibi isə “Prema Racing”dən Oliver Bearman qalib olub.

Bu gün keçirilən Formula 2 üzrə əsas yarışın qalibi də Oliver Bearman olub.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button