Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşü baş tutub
Sərbəst yürüş bir saat davam edib. “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub. Onu ikinci sırada “Ferrari” komandasının pilotu Çarles Leklerk izləyib. Üçüncü yerdə “Red Bull” komandasının sürücüsü Serxio Peres olub.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Trend-in fotoqrafı Zaur Mustafayevin yarışdan bu gün lentə aldığı görüntüləri təqdim edirik.
Milli.Az