Siyasət

Fransa Ermənistanı nə vaxta qədər müdafiə edə biləcək?

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliyevə zəng edərək müzakirələr aparıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qaldırmağa çalışdığı məsələlər yetərincə cavablandırılıb.

Maraqlısı isə budur ki, hər keçən gün nüfuzu azalan Fransa, Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa çalışır. Cənubi Qafqazda pozucu fəaliyyətindən əl çəkməyən rəsmi Paris hər vəchlə vəziyyəti daha da gərginləşdirməyə səy göstərir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Afrikada siyasi nokauta düşən Fransa, Avropa İttifaqındakı imkanlarından və başı müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiya göndərməyi bacardı. Bununla da danışıqlar prosesinə zərbə vurdu.

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, müstəmləkəçilik ideyasını bütün çalarları ilə təbliğ və tətbiq edən Fransa, humanizm adı ilə Azərbaycan ərazisinə hunanitar yük göndərir. Hansı ki bu, həm də Azərbaycan qanunvericiliyinə ziddir.

Elçin Mirzəbəyli bildirib ki, əgər Azərbaycan ərazisində hansısa humanitar misisyanın həyata keçirilməsinə ehtiyac varsa, bunu Azərbaycan tərəfi etməlidir və edir. Bu vəziyyətdə hansısa 3-cü dövlətin prosesə müdaxiləsi yolverikməzdir. Afrikada bütün mümkün işgəncə metodlarını tətbiq edən Fransanın bu coğrafiyaya əl uzatmaq haqqı yoxdur.

“Nə siyasi, nə də mənəvi anlamda…”  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button