Ölkə

Fransada 500 hektardan çox meşə sahəsi yanır

Fransanın cənubunda yanğın 500 hektardan çox meşə sahəsini əhatə edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Sen-Andre kommunası ərazisindəki güclü yanğın səbəbindən 3 mindən çox insan təxliyə edilib. Hazırda yanğının sahəsi 530 hektara yaxındır.

Hadisə yerinə 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter göndərilib.

İsti hava və güclü külək yanğınla mübarizəni çətinləşdirir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində quraqlıq səbəbindən ölkənin departamentlərinin demək olar ki, yarısının yanğın təhlükəsi altında olduğunu bildirmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button